Şəkidə Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirildi - FOTO
09 may 2023 13:21 (UTC +04:00)

Şəkidə Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirildi - FOTO

Şəki rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, tədbir iştirakçıları əvvəlcə şəhər ərazisində Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. İştirakçılar daha sonra Heydər Əliyev Mərkəzinin foyesində Ulu Öndərin həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin nümayiş olunduğu guşə ilə tanış olublar.

Sonra Polis Şöbəsinin inzibati binasında davam etdirilən tədbirdə əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Həsənov müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz fəaliyyətindən, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsindəki misilsiz xidmətlərindən danışıb. 

Daha sonra çıxış edənlər Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanıb. 

Sonda Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibətilə Şəki Heydər Əliyev Mərkəzinin qarşısındakı ərazidə ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2175
avatar

Oxşar yazılar