Sosial şəbəkələrdə DİM adından saxta səhifələr yaradıldı - Xəbərdarlıq
02 iyun 2023 11:49 (UTC +04:00)

Sosial şəbəkələrdə DİM adından saxta səhifələr yaradıldı - Xəbərdarlıq

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, qəbul imtahanlarına qeydiyyat zamanı, xüsusilə ali təhsil müəssisələrinə ixtisas seçimi yaxınlaşdıqca yenə də “Facebook”, “Instagram”, “TikTok” və digər sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin (DİM) icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla saxta səhifə və qruplar yaradılır.

DİM-dən Lent.az-a verilən məlumata görə, bu kimi səhifə və qruplar “profil” şəkli və “örtük” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışır, səhifəni idarə edən şəxslər isə bəzi hallarda özlərini DİM əməkdaşları kimi təqdim edirlər və abituriyentlərə ödəniş müqabilində qeydiyyat, ixtisas seçimi həyata keçirə biləcəklərini yazırlar.

İstifadəçilərin ünvanladığı suallara həmin şəxslərin verdikləri cavablara, həmçinin sonradan abituriyentlərin Mərkəzə etdikləri müraciətlərə diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri, yanlış cavablar verdikləri məlum olur.

Abituriyentlər hər hansı bir imtahana qeydiyyat, eləcə də gələcəkdə ixtisas seçimi zamanı diqqətli olmalı, Mərkəzin adından istifadə edən bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası özləri bu prosesi həyata keçirməlidirlər. Bu prosesin istənilən bir mərhələsində çətinlik çəkən abituriyentlər isə Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılan və ödənişsiz xidmət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət Mərkəzləri qəbul kampaniyası müddətində DİM-in regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Azərbaycan Memarlıq və İnşaat Universitetlərində fəaliyyət göstərirlər.

Abituriyentlər həmçinin elektron xidmətlərdən istifadə zamanı bəzən hər hansı texniki səhvə yol verəcəklərindən ehtiyatlanırlar. Lakin proqram təminatı elə qurulub ki, abituriyentin səhv etmək imkanı yoxdur və hər hansı bir yanlışlıq varsa, sistem tərəfindən səhvin mahiyyəti barədə xəbərdarlıq edilir və yalnız həmin səhv düzəldildikdən sonra əməliyyatı təsdiq etmək mümkün olur.

Bir daha sosial şəbəkə istifadəçilərinə diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış oxşar səhifə və qruplara üzv olmamağı, yalnız Mərkəzin saytını və aşağıdakı səhifələrini izləməyi tövsiyə edirik:

“Facebook”

“Instagram”

“Telegram”

“TikTok”

“Youtube”

“Twitter”

“Linkedin”

# 1362
avatar

Fidan İlqar

Oxşar yazılar

Hərbi Hospitalın keçmiş rəisi VƏFAT ETDİ

Hərbi Hospitalın keçmiş rəisi VƏFAT ETDİ

24 may 2024 , 17:12
 Leysan, dolu, qar    - HAVA XƏBƏRDARLIĞI

Leysan, dolu, qar - HAVA XƏBƏRDARLIĞI

24 may 2024 , 16:45
General zorakılığa məruz qalan uşaqlardan  DANIŞDI

General zorakılığa məruz qalan uşaqlardan DANIŞDI

24 may 2024 , 16:05
Həbsdə olan generalın yerinə TƏYİNAT

Həbsdə olan generalın yerinə TƏYİNAT

24 may 2024 , 15:57
Sosial xidmət nədir və kimlərə göstərilə bilər? - CAVAB

Sosial xidmət nədir və kimlərə göstərilə bilər? - CAVAB

24 may 2024 , 15:16
İtaliyanın baş prokuroru Azərbaycana gəlib

İtaliyanın baş prokuroru Azərbaycana gəlib

24 may 2024 , 15:00
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

24 may 2024 , 14:43
ŞAD XƏBƏR:  Azərbaycanda gələn il  pensiyalar artacaq

ŞAD XƏBƏR: Azərbaycanda gələn il pensiyalar artacaq

24 may 2024 , 14:26