Sumqayıt sahillərində suitilər niyə ölüb? -  RƏSMİ AÇIQLAMA
05 oktyabr 2022 17:32 (UTC +04:00)

Sumqayıt sahillərində suitilər niyə ölüb? - RƏSMİ AÇIQLAMA

Sumqayıt şəhərinin dəniz sahilində ölmüş suitilərin cəsədləri aşkarlanıb.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov Lent.az-a açıqlamasında dəniz heyvanının ölüm səbəbinə aydınlıq gətirib.

“Sumqayıt sahillərində yalnız bir suiti sahilə çıxaraq, tələf olub. Onun ölümündə xarici təsirlərin olduğunu düşünmürük. Çox güman ki, bu hadisə heyvanın yorğunluğu və qocalığı ilə bağlıdır.

Adətən oktyabrın əvvəlindən başlayaraq, suitilər Xəzərin şimal sahillərindən cənuba doğru köç edirlər. Ehtimal ki, bu suiti də qoca olub. Köç zamanı yorulub və sahilə çıxaraq ölüb” – deyə qeyd edib. 

# 3306
avatar

Fidan İlqar

Oxşar yazılar