Üç vərdişlə hər gün özünüzü  xoşbəxt   hiss edə bilərsiniz
01 fevral 2024 19:24 (UTC +04:00)

Üç vərdişlə hər gün özünüzü xoşbəxt hiss edə bilərsiniz

Evimizi necə təşkil etdiyimiz əhvalımıza və ümumi iş həyatımıza əhəmiyyətli dərəcədə təsir göstərir. Elmi araşdırmalar təsdiqləyir ki, kiçik vərdişlər xoşbəxtliyimizi dəyişə bilər.

Lent.az xarici KİV-ə istinadən həmin addımları təqdim edir:

Yatağınızı düzəldin. Gündəlik yatağınızı düzəltmək vərdişinin bəlkə də düşünmədiyiniz bir çox psixoloji faydaları var. Əvvəla, bu, səhərlər əhvalınızı yüksəldə biləcək ən sadə vərdişlərdən biridir. Ev eksperti və ən çox satılan müəllif Gretchen Rubin deyir ki, yatağınızı təşkil etmək günə başlamağın yoludur.

Otaqları səliqəli edin. Baxımlı və təmiz bir ev rahatlıq hissi yaradır. Odur ki, nizam-intizamı laqeyd qoymamalı və səhər saatlarında evinizin otaqlarında olmağınızın sizin üçün xoş olmasına diqqət etməlisiniz. Bu asandır: hər səhər hər otağı səliqəyə salmaq üçün bir neçə dəqiqə ayırın.

Sentimental əşyaları qiymətləndirin. Çox vaxt ən böyük məmnuniyyət və xoşbəxtlik gətirən xatirələr olur. Maddi şeylər bizə həyatın vacib anlarını xatırladır. Evinizdə sentimental əşyalar yerləşdirməkdən çəkinməyin, çünki onlar əhvalınızı yüksəldə və rahat atmosfer yarada bilər.

# 19752
avatar

Fidan İlqar

Oxşar yazılar