Sərxoş sürücü maşını kanala aşırdı - İmişlidə
13 fevral 2016 00:15 (UTC +04:00)

Sərxoş sürücü maşını kanala aşırdı - İmişlidə

İmişlidə avtomobil yoldan çıxaraq kanala aşıb

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 23.00 radələrində rayonun Qaralar kəndində “Mercedes” markalı avtomobili sərxoş vəziyyətdə idarə edən 28 yaşlı Nağıyev Əflatun Vasif oğlu idarəetməni itirərək maşını yoldan çıxararaq su kanalına  aşırıb.

 

Sürücü son anda sudan çıxaraq xilas ola bilib. Hadisə yerinə təcili yardım gəlib və sürücü xəstəxanaya çatdırılıb. O ambulator yardım alaraq evə buraxılıb.

 

Faktla bağlı İmişli polis idarəsində araşdırma aparılır.

# 209
avatar

Oxşar yazılar