Bakı-Qazax yolunda ağır qəza: 2 ölü, 1 yaralı
13 fevral 2016 03:35 (UTC +04:00)

Bakı-Qazax yolunda ağır qəza: 2 ölü, 1 yaralı

Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı-Qazax şosesinin 479–cu km-də yol nəqliyyat qəzası barədə məlumat daxil olub.

 

Qəza zamanı “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılıb. Yanğınsöndürən-xilasedicilər avtomobilin sahibi E.Bəyimov, sərnişin Ş.Əhmədovun meyitini və müxtəlif bədən xəsarətləri alan digər sərnişini avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər. 

# 244
avatar

Oxşar yazılar