"Borussiya" ÇL-in finalına yüksəldi
08 may 2024 01:36 (UTC +04:00)

"Borussiya" ÇL-in finalına yüksəldi

 

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Lent.az xəbər verir ki, PSJ doğma azarkeşləri önündə Almaniyanın "Borussiya" klubunu qəbul edib.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüş Dortmund təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb və ümumi hesabda 2:0 qalib gələn Almaniya təmsilçisi finala yüksəlib.

PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) 0:1
Qol: Hummels, 50

Baş hakim: Daniele Orsato (İtaliya)
Paris, “Park De Prens”
İlk oyun – 0:1

# 2085
avatar

Oxşar yazılar