avatar

Informasiya

Bioqrafiya

Yazıçı, publisist Murad Köhnəqala – Mahmudov Murad 1959-cu ildə Qəbələ rayonunda doğulub. 1990-cı ildə Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirib. Otuz ildən çoxdur Azərbaycanın mətbu orqanlarında ədəbi, publisistik yazıları, jurnalist araşdırmaları ilə davamlı olaraq çıxış edir. 2001-ci ildə, yaradıcı gəncləri özündə birləşdirən, yeni dövr ədəbiyyatımızda önəmli yeri olan Azad Yazarlar Ocağı (AYO) adlı ədəbi təşkilatın qurucusu və həmtəsisçisi olub. “Alma əhvalatı” (2002), “Bulud pinəçisi” (2004), “Yuxularım” (2015), uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulmuş “Amurun hekayələri” (2021) adlı kitabları işıq üzü görüb. Ailələlidir, üç övladı var.

Xəbərlər