Qadağan olunmuş 500 yaşlı  musiqi notu
09 yanvar 2025 20:15 (UTC +04:00)

Qadağan olunmuş 500 yaşlı musiqi notu

Şotlandiyanın Edinburq şəhərində yerləşən, Böyük Britaniyanın ən qədim və nüfuzlu tədqiqat universitetlərindən biri olan  Edinburq Universitetinin alimləri 500 il əvvələ aid notla yazılmış musiqi aşkar ediblər. Alimlər həmin araşdırmanı “Music and Letters”  jurnalında dərc ediblər.

Əldə edilən qədim musiqi parçası 55 notdan ibarətdir. Bu not yazısı, Avropa kilsələrində dini ayinlərin musiqi ilə müşaiyət olunmasına qadağa qoyanandan sonrakı dövrə aid edilir. Odur ki, qədim not yazılmış bu kağız parçası reformasiyadan əvvəl Avropada dini musiqinin hansı üslubda, necə ifa edildiyini bildirdiyinə görə çox qiymətli bir eksponatdır. Tədqiqatçılar bu not yazısını Şotlandiya dini musiqisinin nadir incisi   hesab edirlər. Tarixi XVI əsrə gedib çıxan bu qiymətli əsər öz dövründən günümüzədək salamat şəkildə gəlib çatan nadir kilsə musiqisi nümunəsidir.

Həmin not qeydləri  Şotlandiyada gündəlik ibadət üçün istifadə edilən dualar və ilahilər toplusu olan “Aberdeen Breviary” kitabının 1510-cu il tarixli nüsxəsinin içərisində tapılıb. Həmin kitab hazırda Edinburqda, Şotlandiya Milli Kitabxanasında saxlanılır.

Mətndə başlıq və ya hər hansı simvolik element olmasa da araşdırmaçılar bu fraqmenti dini post ayini zamanı oxunan “Cultor Dei” himnini müşaiyət edən harmonik musiqi kimi qiymətləndiriblər.

Tədqiqatçılar kompozisiyanın Aberdinşir bölgəsində  yarandığını düşünürlər. Tədqiqatçıların fikrincə, məlum dini repressiyalar dövründə hansısa kilsə musiqiçisi öz həyatına risk edərək dini kitabda səhər ibadətinə həsr olunmuş bölmənin boş səhifəsinə bu notları qeyd edib. Görünür, ruhani müəllif həmin ayin melodiyasını müqəddəs kitabın arasında qorumaq qərarına gəlibmiş.

Notları tədqiq edən musiqişünaslar həmin mətnin  polifonik musiqi olduğu qənaətindədirlər. Yəni, məlum not iki və ya daha çox müstəqil melodik xəttin eyni vaxtda ifa olunması üslubunda yazılıb. Bu üslub indiyə qədər də şotlandların ibadət nəğmələrində yaşamaqdadı.

Musiqini təqdim edən Edinburq İncəsənət Kollecinin nümayəndəsi David Koeni deyib:
“Bu musiqi parçasını əldə etmək musiqişünaslar üçün əsl “Evrika”dır. Boş vərəqdə yazılan bu bir parça musiqi  mətnindən biz beş əsr bundan əvvəl babalarımızın oxuduğu naməlum kilsə himnini yenidən bərpa edə biləcəyik”.

Tədqiqatın aparıcı müəllifi Pol Nyuton-Cekson deyib: “Ola bilsin, bizim kəşf edəcəyimiz çoxlu sayda yeni not mətnləri hələ də Şotlandiya kitabxanalarında saxlanılan 16-cı əsrə aid digər çap kitablarının boş səhifələrində və kənarlarında gizlənib”.
Edinburq İncəsənət Kollecinin müəllimi Ceyms Kuk isə Şotlandiya kilsələrinin qanlı reformasiyadan əvvəlki dövrünü musiqili salonlara, reformasiyadan sonrakı dövrünü isə musiqisiz boş çöllüyə bənzədib. İlahiyatçı müəllim fikrini bu sözlərlə tamamlayıb:

“Bizim tədqiqatımız göstərir ki, bir çox maddi və mənəvi sənət nümunələrini məhv edən reformasiya dövrünü yaşamasına baxmayaraq, Avropanın hər yerində olduğu kimi, Şotlandiyanın da kafedrallarında, kilsələrində və ibadətgahlarında yüksək keyfiyyətli dini musiqi yaradıcılığının güclü ənənəsi olub”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4770

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28