Bakının mərkəzində ağır qəza:<span style="color:red;"> ölən var  - YENİLƏNİB
08 fevral 2016 12:50 (UTC +04:00)

Bakının mərkəzində ağır qəza: ölən var - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda baş verən və ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, fevralın 6-da saat 06 radələrində Nərimanov rayonunun A.Neymətulla küçəsində Bakı şəhər sakini Nicat Həşimov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Əli Əliyevi vurub. Xəstəxanaya yerləşdirilmiş Ə.Əliyev orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

 

*****

 

7 fevral 10:40

 

Bu gecə Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Nərimanov rayonunda, Ağa Nemətulla küçəsində “Hyundai” markalı minik avtomobili 73 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

 

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

# 539
avatar

Nizam Rza

Oxşar yazılar