"Azercell" ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib -  VİDEO
17 may 2024 18:06 (UTC +04:00)

"Azercell" ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib - VİDEO

Ölkənin lider telekommunikasiya şirkəti 10 tələbəyə şirkətdə yay təcrübə proqramında iştirak etmək hüququ verib

Azercell ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak edib.

Lent.az xəbər verir ki, həftə zamanı mobil operatorun təşkil etdiyi seminarlarda, yekun qiymətləndirmə və müsahibələrdə seçilmiş 10 tələbə Azercell-in yay təcrübə proqramına qatılmaq imkanı əldə edib.

Bu təcrübə tələbələrə praktiki bacarıqlar və telekommunikasiya sənayesi ilə tanışlıq qazandıracaq.

Azercell-in Karyera Hazırlığı Həftəsində iştirakı şirkətin istedadları inkişaf etdirmək və gələcək mütəxəssislərin yetişdirilməsinə töhfə vermək öhdəliyini əks etdirir. Hər il onlarla gənc Azercell-in inkişaf proqramında təcrübə keçir. Lider mobil operator tələbələrin telekommunikasiya sektorunda bacarıqlarını inkişaf etdirir və onlara gələcək karyeralarında kömək edəcək dəyərli təcrübə qazandırır.

"Azercell" ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

"Azercell" ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

"Azercell" ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

"Azercell" ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1773
avatar

Oxşar yazılar