73 yaşlı məşhur aktyor ilk dəfə baba oldu
10 avqust 2020 19:29 (UTC +04:00)

73 yaşlı məşhur aktyor ilk dəfə baba oldu

Hollivud aktyoru və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartseneggerin qızı Ketrinin evli olduğu aktyor Kris Prattadan övladı dünyaya gəlib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu xəbəri Ketrinin 26 yaşlı qardaşı Patrik də təsdiqləyib.

Bu, dekabr ayında 31 yaşı tamam olacaq Ketrinin ilk övladıdır, Kris isə artıq Ceka adlı oğlunu tərbiyə edir. 

Tanınmış aktyorun ailəsində artım olacağı xəbəri hələ yazda yayılmışıdı. Arnold özü də dəfələrlə bəyan edib ki, baba olmağı arzulayır. Lakin buna görə 5 uşağından heç birini tələsdirmək niyyətində deyil. 

# 4666
avatar

Oxşar yazılar