Hər işin içindən çıxan  o Qəmbərqulu   kimdir? -  Belə yaranıb
18 aprel 2024 14:18 (UTC +04:00)

Hər işin içindən çıxan o Qəmbərqulu kimdir? - Belə yaranıb

Dilimizdə tez-tez işlədilən bir deyim var.: "Qəmbərsiz toy-düyün olmaz". Bu sirli Qəmbərlə bağlı başqa bir deyim də var. “Hər işin içindən bir Qəmbərqulu çıxır”. Bəs bu  hər işin içindən çıxan, hər toya gedən o Qəmbər kim olub? 

Lent.az “Belə yaranıb” rubrikasında bu ifadənin  yaranma tarixçəsi barədə məlumat verir.

Öncə qeyd edək ki, “Qəmbərsiz toy-düyün olmaz” ifadəsi əksər müsəlman ölkələrində, xüsusən Türkiyədə çox sıx işlədilir. Hər məclisə, hər tədbirə gedən adamlar haqqında işlədilən ifadədir. Bəzən istehza mənası da daşıyır.
Qəmbər Həzrəti Əlinin qulu olub. Bəzi mənbələrdə onun Əlinin qulu yox, sadiq dostu, getdiyi hər yerdə onu müşaiyət edən adam olduğu deyilir.

Qəmbər Əlinin həm qulu, həm sadiq dostu, həm mühafizəçisi, həm də yaxşı din bilicisi idi. Əli hara gedirmişsə Qəmbər də kölgə kimi onu izləyirmiş. Yəni Qəmbərsiz Əlini görmək imkansız olurmuş. Ona görə hər işin altından da bu qul Qəmbər, başqa sözlə Qəmbərqulu çıxırmış.

Yaxın ətrafında kimin xeyir-şər məclisi olarmışsa, Əli Qəmbəri o evə köməyə göndərərmiş. Deyilənə görə, Əli Qəmbəri köləlikdən azad edəndən sonra o, mollalıq edib və çoxlu sayda insanın nikahını kəsib. Ona görə "Qəmbər olmadan, toy olmaz" ifadəsi işlədilib.

Başqa bi versiyaya görə, bu ifadə məşhur "Arzu və Qəmbər" dastanından alınıb.  Bir-biri ilə evlənə bilməyən nakam aşiqləri qovuşdurmaq istəyən şəhər valisi "Qəmbərsiz toy olmaz" deyərək, Arzunu Qəmbərə qovuşdurmaq istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7374

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21