Avtomobillərə qənim kəsilən şəxs tutuldu
27 oktyabr 2020 09:51 (UTC +04:00)

Avtomobillərə qənim kəsilən şəxs tutuldu

Şəki şəhəri ərazisində oktyabrın 26-da 3 avtomobildən oğurluq edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında Şəki şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən “isti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən maqnitofon, pul, bank kartları və digər əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini V.Abdulxalıqlı və bir yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

# 466
avatar

Mehman Nəbiyev

Oxşar yazılar