1980 və 1990-cı illərdə doğulan qadınlar  kişilərdə çatışmayan 10 məqamı AÇIQLADILAR
05 iyun 2026 16:08 (UTC +04:00)

1980 və 1990-cı illərdə doğulan qadınlar kişilərdə çatışmayan 10 məqamı AÇIQLADILAR

0

Qadınlar bildirirlər ki, müasir kişilər tez-tez keçmiş dövrlərdə normal sayılan köhnəlmiş davranış modellərinə uyğun hərəkət edirlər. Hər nəslin münasibətlərdə öz prioritetləri olsa da, bəzi ehtiyaclar yaşdan və dövrdən asılı olmayaraq hamı üçün ortaq hesab olunur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 1980–1990-cı illərdə doğulan qadınlar münasibətlər və evlilikdə qarşılanmayan ehtiyacları barədə getdikcə daha açıq danışırlar. Üstəlik, onların istədikləri şeylər müəyyən bir nəslə deyil, ümumilikdə sağlam münasibətlərə aid universal dəyərlərdir.

Daha dərin emosional yaxınlıq

Bu gün 30–40 yaşlı qadınlar münasibətlərdə daha güclü emosional bağ və “emosional yük”ün daha bərabər bölüşdürülməsini istəyirlər.

Çox vaxt qadınlar yalnız öz hisslərini deyil, partnyorlarının emosiyalarını da idarə etməyə məcbur qalırlar.

Qadınlar artıq həyat yoldaşlarının emosional baxıcısı olmaqdan yorulublar.

Daha az psixoloji yük

Yazıda qeyd olunur ki, qadınlar emosional dəstəkdən əlavə, ailə həyatının görünməyən “zehni yük”ünü də daşıyırlar — planlaşdırma, nəzarət, gündəlik işlərin təşkili və qayğı.

Bu işlər çox vaxt görünməsə də, insanı ciddi şəkildə yorur və sərhədləri dəqiq olmur.

Qadınların iş həyatında daha fəal olmasına baxmayaraq, ev işlərinin böyük hissəsi yenə də onların üzərində qalır.

Bu isə münasibətlərdə ədalətsizlik və həddindən artıq yük hissi yaradır.

Karyeraya real dəstək

Qadınlar peşəkar hədəflərinə daha çox dəstək gözləyirlər.

Cəmiyyətdə formalaşmış rollar və uşağa baxım xərclərinin yüksək olması səbəbindən qadınların karyerası çox vaxt ikinci plana keçir. Bu isə məyusluq yaradır.

Birlikdə daha çox vaxt keçirmək

Qadınlar partnyorları ilə telefon və digər diqqət yayındıran vasitələr olmadan daha çox vaxt keçirmək istəyirlər.

Birlikdə istirahət belə şüurlu şəkildə qurulmalı və qarşılıqlı diqqətlə müşayiət olunmalıdır.

Öz üzərində çalışan partnyor

Mütəxəssislər münasibətlərdə hər iki tərəfin şəxsi inkişafının vacibliyini vurğulayırlar.

Qadınlar yanında özünü inkişaf etdirən və onlarla birlikdə böyüyən insan görmək istəyirlər.

Uşaq tərbiyəsində daha güclü tərəfdaşlıq

Qadınlar valideynlik məsuliyyətinin bərabər bölüşdürülməsini istəyirlər.

Onlar qərarların birlikdə qəbul edildiyi və öhdəliklərin bərabər paylaşıldığı münasibətlərə üstünlük verirlər.

Dinləmə bacarığı

Qadınlar hər zaman problemə həll axtarmırlar — bəzən onlar sadəcə dinlənilmək istəyirlər.

Burada söhbət emosional dəstəkdən və hisslərin dəyərsizləşdirilmədən qəbul olunmasından gedir.

Özünə vaxt ayırmaq

Qadınların həyat yoldaşı və ya ana rolundan kənarda da özlərini reallaşdırmaq üçün zamana ehtiyacı var.

Belə vaxtın olmaması emosional tükənməyə səbəb olur.

Müntəzəm təşəkkür və qiymətləndirmə

Mütəxəssislər bildirirlər ki, hətta sadə təşəkkür ifadələri belə münasibətləri ciddi şəkildə gücləndirə bilər.

Təşəkkür sözlərdə, jestlərdə və ya davranışlarda özünü göstərirdi — yəni partnyorun fərq edildiyini,

qiymətləndirildiyini, sevildiyini və hörmət gördüyünü hiss etdirmək. 

Açıq ünsiyyət

Dürüstlük və açıq danışıq etibarın əsasını təşkil edir.

Araşdırmaçılar belə nəticəyə gəlir ki, bu nəslin qadınları artıq münasibətlərdəki balanssızlığa səssiz şəkildə dözməyə hazır deyillər və ehtiyaclarını daha açıq ifadə etməyə başlayıblar. Bu isə münasibətlərdə dəyişiklik üçün ilk addım ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar