Qazaxıstanda  dövlət çevrilişinə cəhdin   qarşısı alındı
02 noyabr 2026 19:06 (UTC +04:00)

Qazaxıstanda dövlət çevrilişinə cəhdin qarşısı alındı

0

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi ölkənin qərbində bir qrup ekstremistin dövlət çevrilişinə cəhdinin qarşısının alınması barədə məlumat verib.

Lent.az-ın Qazaxıstan mediasına istinadən xəbərinə görə, təhlükəsizlik xidmətləri əməliyyat çərçivəsində Atırauda 10 nəfəri saxlayıb. Onlar ekstremist qrup yaratmaqda, onlara rəhbərlik etməkdə və fəaliyyətində iştirak etməkdə şübhəli bilinirlər. Saxlanılanlar həmçinin terrorizmi təşviq etməkdə və dini nifrət yaratmaqda ittiham olunurlar.

Müstəntiqlərin fikrincə, cinayətkar qrupun üzvləri Qazaxıstanın qərb bölgəsində konstitusiya quruluşunun əsaslarını zorla dəyişdirmək niyyətində olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar