Arvadının atıb getdiyi  kişi heyfini keçilərdən çıxdı
20 aprel 2026 19:07 (UTC +04:00)

Arvadının atıb getdiyi kişi heyfini keçilərdən çıxdı

0

Omsk vilayətində həyat yoldaşının tərk etdiyi kişi yeddi keçi balasını və iki keçini öldürüb.

Lent.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, əri ilə mübahisə etdikdən sonra 36 yaşlı qadın uşağını götürüb gedib.

Kişi içki içməyə və zəng edərək arvadına hədə-qorxu gəlməyə, onu geri qayıtmağa məcbur etməyə başlayıb. O, mal-qaranı məhv etməklə hədələyib, amma sözləri arvadına təsir etməyib. Sonra ov tüfəngi və bıçaq götürüb.

O, yeddi keçi balasını kəsib, iki keçini isə güllələyib.

Hadisə yerinə polis çağırılıb. Silahın qeydiyyatsız olduğu, iki kiçik kalibrli tüfəng patronu və beş barıt qutusu da müsadirə edildiyi məlum olub. Silah saxlama maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar