Dörd uşaq anası iki uşaq atasına qoşulub qaçdı - Xəyanətə görə HƏBS CƏZASI
05 noyabr 2024 13:03 (UTC +04:00)

Dörd uşaq anası iki uşaq atasına qoşulub qaçdı - Xəyanətə görə HƏBS CƏZASI

Çində qadın və kişi həyat yoldaşlarını aldatdıqları üçün məhkəmə qarşısına çıxarılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Henan əyalətindən olan Zhanq soyadlı qadın qızının oxuduğu məktəbdə Ven adlı kişi ilə tanış olub. Nikahda olan dörd uşaq anası ilə iki uşaq atası tez bir zamanda bir-birinə aşiq olublar.

Eyni zamanda, Zhanq ərinin zorakılığından əziyyət çəkib. 2019-cu ilin iyun ayında, növbəti döyülmədən sonra o, Veni birlikdə yeni həyata başlamaq üçün Tianjin şəhərinə qaçmağa dəvət edib. Ven buna razılaşıb. Ailələrini tərk edən sevgililər 5 ilə yaxın bir yerdə yaşayıblar.

Zhanq hamilə qalanda Ven boşanmaq üçün Henana qayıdıb. Doğuşdan sonra Zhanq ərindən də boşanıb. Onlardan hər hansı birinin birlikdə olduqları müddətdə ailələri ilə əlaqə saxlayıb-saxlamadığı bəlli deyil. Çində həyat yoldaşından başqası ilə birgə yaşamaq qanuni və əxlaqi baxımdan qəbuledilməzdir, eləcə də ikiarvadlılıq iki ilə qədər həbslə cəzalandırılır.

Lakin naməlum səbəblərdən cütlük mayın 24-də birlikdə olduqlarını polisə xəbər veriblər. Məhkəmə hər ikisinə 4 ay həbs cəzası verib, lakin Zhanqın qucağında körpə olduğu üçün cəzası 6 ay təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5022
avatar

Oxşar yazılar