"Kurtlar Vadisi"nin ssenaristləri  prokurorluqda ifadə verdi
14 sentyabr 2026 19:12 (UTC +04:00)

"Kurtlar Vadisi"nin ssenaristləri prokurorluqda ifadə verdi

0

Türkiyədə 2011-ci ildə Milli İstihbarat Təşkilatının keçmiş əməkdaşı Kaşif Kozinoğlunun Silivri həbsxanasında şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində “Kurtlar Vadisi” serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan prokurorluqda ifadə veriblər.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, ssenaristlərin ifadəsinin alınması təxminən 2,5 saat davam edib.

İstintaqda serialın bəzi səhnələri ilə Kaşif Kozinoğlunun ölümü arasındakı zaman uyğunluğuna xüsusi diqqət yetirilir.

“Kurtlar Vadisi”nin 2011-ci il noyabrın 10-da yayımlanan 136-cı bölümündə “Kazım Kaşifoğlu” adlı obrazın kamerada saxlanıldığı, döyüldüyü, hədələndiyi və daha sonra Yaşar Ağaya təhvil verildiyi səhnələr nümayiş etdirilib.

Həmin bölümün yayımlanmasından cəmi iki gün sonra, 2011-ci il noyabrın 12-də Kaşif Kozinoğlu Silivri həbsxanasında həyatını itirib.

Kozinoğlunun ölümündən qısa müddət sonra yayımlanan bu səhnə ssenari ilə real hadisə arasında hər hansı əlaqənin olub-olmadığının araşdırılmasına səbəb olan detallardan biri kimi qiymətləndirilir.

Prokurorluğun Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysanın ifadələrindən sonra iş üzrə araşdırmanı davam etdirəcəyi qeyd olunur.

Kurtlar Vadisi senaristleri adliyede Kaşif Kozinoğlu soruşturmasında dikkat çeken 3 gün detayı

Kurtlar Vadisi senaristleri adliyede Kaşif Kozinoğlu soruşturmasında dikkat çeken 3 gün detayı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar