Əkiz qardaş və əkiz bacıların  toyunda əkiz əmiləri  iştirak etdi
22 yanvar 2026 17:05 (UTC +04:00)

Əkiz qardaş və əkiz bacıların toyunda əkiz əmiləri iştirak etdi

0

Çində əkiz qardaşlar əkiz bacılarla evləniblər. Onların əkiz əmiləri toyda iştirak ediblər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, dörd əkizin olduğu toy fotosu 10 milyondan çox izlənildikdən sonra viral hala düşüb. Məlumata görə, yeni evlənənlər yalnız toy günlərində yaxınlarının da əkiz əmilərinin olduğunu aşkar ediblər.

Sun qardaşları Şan bacıları ilə 2022-ci ildə evlilik tənzimləmələri ilə məşğul olan bir qadın vasitəsilə tanış ediliblər. Qızlar münasibət üçün çox gənc olduqlarını düşünüblər, amma nəticədə qardaşların israrlı təkliflərinə imtina edə bilməyiblər.

Mərasimin aparıcısı bunu möcüzə adlandırıb və yerli sakinlərdən biri jurnalistlərə 60 ildən çox yaşadığını və heç vaxt belə bir şey görmədiyini etiraf edib. İndi yeni evlənənlər dörd əkiz övladı olan ailə kimi Ginnesin Rekordlar Kitabına düşməyi hədəfləyirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar