Kral III Çarlz şahzadə Diana ilə toydan  bir gecə əvvəl   niyə ağlayıb?
06 avqust 2025 17:27 (UTC +04:00)

Kral III Çarlz şahzadə Diana ilə toydan bir gecə əvvəl niyə ağlayıb?

Britaniya kralı III Karl mərhum şahzadə Diana ilə evlənməzdən əvvəlki gecə keçmiş sevgilisi Kamillaya olan hissləri səbəbilə göz yaşlarını saxlaya bilməyib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə kral ailəsinin ekspert-fotoqrafı Yan Pelhem-Törner məlumat verib.

Ekspertin sözlərinə görə, kral Karl toy ərəfəsində böyük daxili təlatüm keçirib. Kamillaya olan sevgisi hələ də davam edirdi və bu səbəbdən Şahzadə Diana ilə evlənmək istəmirdi. Ancaq Diananın da bu nikaha razı olmadığı, sadəcə bacısının "artıq gecdir" deməsi və çay dəsmallarında onların fotolarının olması səbəbilə bu qərarla barışdığı bildirilib.

Pelhem-Törner həmçinin qeyd edib ki, kral Karl toy günü Kamillanın ona bağışladığı və üzərində onun emblemi olan manjet düymələrini taxıb. Bu detala görə özünü çox emosional hiss edən Karlın toy öncəsi gecə ağladığı iddia olunub.

"Karl o zaman hələ də evli olan Kamillaya bağlı idi və bu sevgi onun içini parçalayırdı. Nikahdan bir gecə əvvəl bütün bunların ağırlığı onu göz yaşlarına boğdu", – ekspert bildirib.

Ekspert eyni zamanda Karlın Dianaya qarşı münasibətində də təzyiq hiss etdiyini qeyd edib: “O, bu evliliyi istəmirdi, lakin ailə və ictimaiyyət təzyiqləri onu bu addımı atmağa məcbur etmişdi”.

Xatırladaq ki, 2024-cü ilin mart ayında Bukinhem sarayının yaydığı məlumata əsasən, Kral III Karl xərçəng müalicəsinin fəsadları səbəbilə xəstəxanaya yerləşdirilmişdi. Qısa müddətli müalicədən sonra isə Karl Londonun Klarens-Haus rezidensiyasına qaytarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 390

Oxşar yazılar