Meqqi Qalo Rikkardo Kalaforinin sevgilisidir:  Milanda doğulub, “Yuventus”un azarkeşidir -  FOTOLENT
08 oktyabr 2025 19:47 (UTC +04:00)

Meqqi Qalo Rikkardo Kalaforinin sevgilisidir: Milanda doğulub, “Yuventus”un azarkeşidir - FOTOLENT

0

Rikkardo Kalafori “Arsenal”da yeni mövsümə fantastik başlayıb, elə ilk turda “Old Trafford”da “Mançester Yunayted”ə qələbə qolunu vurub. Onun müdafiəçi olduğunu unutmayaq, elə deyilmi?

Deyəsən, italyan Deklan Raysın ötürməsini almaq üçün sevgi qanadları üzərində tullanıb. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki. Meqqi Qalo ilə tanış olun – Rikkardo Kalafiorinin sevgilisi!

2024-cü ilin sonunda Kalafori Benedettadan ayrılıb. Bu, çox ictimailəşdirilmiş bir hadisə olub: gənc qadın televiziyada canlı yayımda o vaxtkı “Bolonya” oyunçusunu ehtirasla öpüb və cütlük hətta uyğun döymələr də ediblər. Ayrılığın səbəbi məlum deyil.

Möhtəşəm Kalafori uzun müddət tək başına əziyyət çəkməyib. Yayın sonunda müdafiəçinin özünə yeni tərəfdaş tapdığı ortaya çıxıb.

Meqqi 1996-cı il martın 29-da Milanda anadan olub. O, 29 yaşındadır, Rikkardodan altı yaş böyükdür.

Yəqin ki, siz artıq Meqqinin model olduğunu təxmin etmisiniz. Onun “Instagram”da 372 min izləyicisi var və moda nümayişlərindən fotolarla doludur.

Yeri gəlmişkən, o, özünün Kalafori ilə heç bir fotosunu paylaşmayıb. Cütlük hələ ki münasibətlərini açıqlamayıb, lakin İtaliya mediası artıq bir aydır ki, futbolçu və modelin səs-küylü romantikası barədə yazır.

Meqqinin "Yuventus" azarkeşi olduğunu da görmüsünüz. Həm də təkcə azarkeş deyil: o, demək olar ki, heç vaxt İqor Tudorun komandasının ev oyunlarını qaçırmır!

Seçim, şübhəsiz ki, təəccüblüdür - xüsusən də Milan sakini üçün. Kalafori'nin “İnter” ilə müqavilə bağlamaq əvəzinə “Bolonya”dan Premyer Liqaya keçməsi yaxşı haldır!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar