Dünyaca məşhur pop ulduzu Keti Perri Kanadanın keçmiş baş naziri Castin Tryudo ilə paylaşdığı yeni foto ilə xəbərlərin manşetlərinə çıxıb. Perrinin fotoya əlavə etdiyi başlıq çox diqqət çəkib.
Lent.az xarici mediaya istinadən bildirir ki, şəxsi həyatı ilə tez-tez xəbər başlıqlarına çıxan Keti Perri sosial media hesabında Castin Trüdo ilə çəkdirdiyi yeni fotosunu paylaşıb. Məşhur müğənninin "Karmanın bu qədər faydalı ola biləcəyini heç vaxt bilmirdim" şərhi tez bir zamanda yayılıb.

İkisinin birlikdə çəkdirdiyi foto qısa müddətdə minlərlə şərh alıb və fanatlar Perrinin paylaşımına böyük maraq göstəriblər. Xüsusilə, onun yazdığı mesaj izləyiciləri tərəfindən "romantik" və "diqqət çəkən" kimi təsvir edilib.

Keti Perri kimdir?
Keti Perri 2008-ci ildə çıxan "I Kissed a Girl" mahnısı ilə dünya şöhrəti qazanan amerikalı pop ulduzudur. Rəngarəng səhnə şouları və hit mahnıları ilə o, illərdir musiqi sənayesində ən çox danışılan adlardan biri olub. "Roar" və "Firework" kimi mahnıları ilə siyahılarda birinci yeri tutan Perri həmçinin televiziya proqramlarında münsif kimi də fəaliyyət göstərib. Onun şəxsi həyatı və münasibətləri də tez-tez tabloidlərdə başlıqlara çıxır.