Rusiyanın Yekaterinburq şəhərinin 302-ci ildönümü şərəfinə Tarixi Meydanda “Şəhər toyu” adlı tədbir zamanı 25 cütlük səhnədə nikah bağlayıb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, qaliblər Orconikidzevski rayonundan olan Anton və İrina Trunin olub.
Ənənə artıq 40 ildən çoxdur davam edir. Müsabiqədə Yekaterinburqun hər bir rayonundan cütlüklər olub. Qaliblərə “Sima Land” şirkəti tərəfindən 1 000 000 rubl dəyərində toy səyahəti üçün sertifikat təqdim olunub. Truninlərə mükafatı artıq 37 il əvvəl, 1988-ci ildə elə “Şəhər toyu” layihəsində iştirak edərək nikah bağlayan cütlük təqdim edib.
Bu il yeni evlənənlər Rusiya şəhərlərindən birinə səyahətə yollanacaqlar. Onları ora ilk dəfə olaraq “Ural Hava Yolları”nın biznes-sinfi ilə aparacaqlar.