Ermənistan Baş naziri Nikol Paşinyan Anna Akopyanla münasibətlərinin pozulmasına münasibət bildirib.
Lent.az xəbər verir ki, o, öz şərhini feysbuk sosial şəbəkəsində yazıb.
"Mən Annanın qərarına hörmətlə yanaşıram. Son 30 il ərzində bütün çətin günlərimdə o, mənim yanımda olub, mənim dayağım və dəstəyim olub. Əmin deyiləm ki, mən də onun üçün eyni olmuşam. Ola bilsin ki, mən ona daha çox acı yaşatmışam, bunun üçün üzr istəyirəm",-deyə o, qeyd edib.
