Qadın evli işçisinə  vuruldu və boşanması üçün yarım milyon  verdi
27 sentyabr 2025 19:12 (UTC +04:00)

Qadın evli işçisinə vuruldu və boşanması üçün yarım milyon verdi

2

Çində bir biznes-ledi evli və gənc olan işçisinə aşiq olub. Qadın onun boşanmasını asanlaşdırmaq, həmçinin arvadına kompensasiya ödəmək üçün oğlana 420 000 ABŞ dolları verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Zhu soyadlı iş qadını Çuntsində şirkət idarə edir, amma onun biznesinin detalları açıqlanmır. He adlı kişi şirkətdə işə başlayanda, Zhunun ondan xoşu gəlib. Həmçinin bu vaxt qadın özü də evli olub.

Onlar birgə yeni həyat qurmaq üçün boşanmağı planlaşdırıblar. He-nin boşanmasına kömək etmək üçün Zhu, onun adından arvadı Çenə 420 min dollar köçürüb. Hesabata görə, bu vəsait qadına kompensasiya və uşağın saxlanması üçün nəzərdə tutulub.

Lakin 1 il sonra yeni cütlük yola getməyib və bir-birinə əslində uyğun olmadıqlarını görüblər. Beləcə, biznes-ledi verdiyi 420 mini geri almaq üçün Heni və keçmiş arvadını məhkəməyə şikayət edib.

İlk məhkəmə prosesində məhkəmə Zhu-nun tərəfini saxlayaraq bildirib ki, bu vəsait ictimai qaydalara və yaxşı adət-ənənələrə ziddir. Buna görə də “etibarsız hədiyyə” hesab olunur. Beləliklə, məhkəmə pulların geri qaytarılması barədə qərar çıxarıb.

Çen və He isə apellyasiya şikayəti veriblər. Yuxarı instansiya məhkəməsi isə Zhu-nun Çenə pul verdiyini sübut etmək üçün kifayət qədər dəlil təqdim etmədiyini müəyyən edib.

Əksinə, apellyasiya məhkəməsi bu vəsaiti Henin adından ödənilmiş, boşanma və uşağın saxlanması xərcləri üçün nəzərdə tutulmuş ödəniş kimi təsnif edib.

Bundan əlavə, məhkəmə qeyd edib ki, Zhu, Henin boşanmasına öz maliyyə dəstəyi ilə şərait yaradıb və bundan sonra pulların geri qaytarılmasını tələb etməklə vicdansızlıq göstərib.

Nəticədə apellyasiya məhkəməsi ilkin hökmü ləğv edib və Zhuya pulları qaytarmaq öhdəliyini aradan qaldırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 564

Oxşar yazılar