Qadınlar üçün kişilərin ən cəlbedici boyu müəyyən edildi
31 oktyabr 2025 12:09 (UTC +04:00)

Qadınlar üçün kişilərin ən cəlbedici boyu müəyyən edildi

0

Yeni elmi məlumatlara görə, cəlbedicilik barədə düşüncələrimiz birbaşa öz boyumuzla əlaqəlidir və nəticələr kifayət qədər gözlənilməz olub.

Bu barədə Lent.az məlumat verir:

Universal “ideal” boy müəyyən etmək mümkün deyil: hər kəsin öz zövqü və seçimi var. Lakin statistika göstərir ki, insanlar orta hesabla daha hündür boyu daha cəlbedici qəbul edirlər.

Qroningen Universitetinin professoru Gert Stülpün sözlərinə görə, partnyor seçiminə təkcə mədəniyyət yox, həm də şəxsi fiziki göstəricilər təsir edir. Onun 5782 nəfərin iştirakı ilə apardığı geniş araşdırma göstərib ki, qadınlar çox vaxt özlərindən təxminən 25 sm hündür, kişilər isə orta hesabla 8 sm alçaq qadınları seçirlər.

Bu məlumatları Böyük Britaniya sakinlərinin orta boy göstəriciləri ilə müqayisə etdikdə (qadınlar - 161,6 sm, kişilər - 175 sm) maraqlı mənzərə yaranır:

Orta boylu qadın üçün ən cəlbedici kişi təqribən 185 sm boyda hesab olunur. Bu, Henri Kavill, Bredli Kuper və Devid Tennant kimi məşhurların boyuna uyğundur. Orta boylu kişi üçün isə ideal qadın boyu təxminən 165 sm-dir. Məsələn, müğənni Oliviya Rodrigonun və aktrisa Billi Payperin boyu kimi.

Bununla yanaşı, professor vurğulayır: bu, yalnız statistik orta tendensiyalardır. Müxtəlif ölkə və mədəniyyətlərdə üstünlüklər böyük fərqlilik göstərə bilər. Üstəlik, özünə inamı yüksək qadınlar bəzən təkcə özlərindən hündür deyil, xeyli daha hündür kişilərə üstünlük verirlər. Kişilər isə əksinə, boy məsələsində daha çevik ola bilirlər.

Maraqlıdır ki, daha alçaqboy qadınlar və daha uzunboy kişilərdə boy fərqinin böyük olmasını istəyi daha güclüdür. Yüksəkboy qadınlar və orta boydan alçaq kişilər isə partnyor seçərkən boy məsələsinə daha tolerant yanaşır, emosional uyğunluğa daha çox önəm verirlər.

Nəticə etibarilə, araşdırma “tək standart” mifini dağıdır: cəlbedicilik bu, sadəcə boy göstəricisi deyil, özünəinam, fərdilik və münasibətdə harmoniya ilə bağlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 762

Oxşar yazılar