Qeyri-adi BOŞANMA: pişiklərinə görə  arvadına aliment   ödəyəcək
22 oktyabr 2025 13:31 (UTC +04:00)

Qeyri-adi BOŞANMA: pişiklərinə görə arvadına aliment ödəyəcək

0

Türkiyənin İstanbul şəhərində qeyri-adi razılaşmaya görə diqqət çəkən boşanma prosesi başa çatıb. Kişi təkcə keçmiş həyat yoldaşına deyil, həm də onların ümumi ev heyvanlarına aliment ödəməyi öhdəsinə götürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 2 il evli qalan cütlük ciddi narazılıqlar səbəbindən ayrılıb.

İstanbul ailə məhkəməsində rəsmiləşdirilmiş boşanmadan sonra Buğra adlı keçmiş ər iki pişiyin qəyyumluğunu həyat yoldaşı Əzgiyə verib.

Maliyyə məsələləri həll edilərkən tərəflər belə bir razılaşmaya gəliblər. Kişi keçmiş həyat yoldaşına 550 min lirə (22 min 275 manat) məbləğində birdəfəlik kompensasiya ödəyəcək, üstəlik ailədə qalan heyvanların saxlanması üçün hər rübdə 10 min lirə (təxminən 405 manat) köçürməyi öhdəsinə götürür. Bu razılaşma 10 il müddətində qüvvədə olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar