Vanda Naranın aliment iddiası  rədd edildi: Əsəb böhranı  keçirdi
22 dekabr 2025 09:47 (UTC +04:00)

Vanda Naranın aliment iddiası rədd edildi: Əsəb böhranı keçirdi

0

Mauro İkardi ilə qəyyumluq mübahisəsi davam edən Vanda Naranın aliment tələbini məhkəmədə rədd edilib və məhkəmə uşaqların Milad tətilini ataları ilə keçirməsinə qərar verib. 

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, qərardan sonra Naranın çəkiliş meydançasında əsəb pozğunluğu keçirdiyi iddia edilir.

"Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardi ilə keçmiş həyat yoldaşı Vanda Nara arasında məhkəmə çəkişməsi davam edir. İki qızları ilə bağlı qəyyumluq mübahisəsindəki son hadisələr Argentina mətbuatında geniş işıqlandırılıb.

İddialara görə, Vanda Naranın aliment tələbi məhkəmə tərəfindən rədd edilib. Nara bu qərardan televiziya proqramının çəkilişləri zamanı xəbər tutub. İddialara görə, o, çox əsəbiləşib və səhnə arxasında sinir böhranı keçirib.

Məhkəmə nəinki aliment tələbini rədd edib, həm də uşaqların Milad tətilini ataları Mauro İkardi ilə keçirmələri barədə qərar verib. Məlumata görə, bu qərar Vanda Naranın Uruqvayda tətil planlarını pozub.

Bu hadisələrdən sonra məşhurun çəkiliş meydançasındakı gərgin anları Argentina mediasında geniş işıqlandırılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar