“İranda böyük hərbi əməliyyata başladıq, qəddar İran rejimindən gələn təhlükəni məhv edəcəyik”.
Lent.az xarici mediaya istinadla bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp açıqlamasında deyib:
“Bizim məqsədimiz İran rejiminin yaratdığı təhlükəni məğlub edərək Amerika xalqını qorumaqdır. İran dünyada terrorizmin ən böyük sponsorudur. Onların heç vaxt nüvə silahı olmayacaq. Bir daha deyirəm, heç vaxt nüvə silahı olmayacaq. ABŞ İranın raketlərini və onun raket sənayesini tamamilə məhv edəcək. Biz onların dəniz qüvvələrini məhv edəcəyik”.