İranda həyata keçirilən əməliyyat ABŞ və İsrailin birgə fəaliyyəti kimi aparılır.
Lent.az İsrail mediasına istinadla bildirir ki, bu barədə 12-ci kanal məlumat yayıb.
Bu məlumat hələ rəsmi təsdiq almayıb. Kanalın məlumatına görə, əməliyyatın hədəflərindən biri İrandakı prezidentin iqamətgahıdır.
Həmçinin bildirilib ki, zərbələr İrandan İsraili hədəf ala biləcək obyektlərə vurulur.
Hal-hazırda İsrailə raket atılması ilə bağlı məlumatlar alınmayıb. Vətəndaşlara qorunan yerlərə yaxın olmaları tapşırılıb, lakin bu sığınacaqlara daxil olmaları hələlik tələb olunmur.