İstefa verən baş nazir belə istirahət edir -  FOTO
16 avqust 2022 18:44 (UTC +04:00)

İstefa verən baş nazir belə istirahət edir - FOTO

İstefa verən Böyük Britaniyanın baş naziri Boris Conson iyun sammiti zamanı “Yeddilik” qrupunun (G7) liderlərinə çağırış zamanı sinə əzələlərini nümayiş etdirib. 

Lent.az-ın məlumatına görə, siyasətçinin Yunanıstandakı tətilindən fotosunu Britaniyanın “The Sun” qəzeti dərc edib.

Consonun sinəsi çılpaq fotosu varlığı bütün yerli sakinlərə məlum olmayan ucqar çimərliklərdən birində istirahət edərkən çəkilib. Sakinlər bildiriblər ki, bura istirahət üçün əla seçim olsa da, həmin gün orada çox isti olduğundan siyasətçi və ailəsi çimərlikdə çox qalmayıb.

Consonun Yunanıstana istirahətə getməsi faktı avqustun 14-də yayılıb. Baş nazir və həyat yoldaşı Kerri Saymmondsun fotoları Şərqi Attikanın Nea-Makri qəsəbəsindəki supermarketlərdən birində çəkilib. Eyni zamanda, siyasətçinin özü də məzuniyyətə getdiyini açıqlamayıb.

İyun ayında keçirilən sammit zamanı Conson G7-nin qalan liderlərindən Rusiya prezidenti Vladimir Putindən daha gövdəli görünmək üçün gödəkçələrini saxlamağı və ya çıxarmağı xahiş edib. Kanadanın baş naziri Castin Tryudo sinəsi çılpaq at sürmə nümayişi keçirəcəklərini söyləyib. Conson deyib ki, əzələlərini göstərməlidirlər.

# 1482
avatar

Oxşar yazılar