Timsahlar sərxoş kişini parçaladı
12 fevral 2025 12:54 (UTC +04:00)

Timsahlar sərxoş kişini parçaladı

Kubada timsahlar sərxoş adamı parçalayıblar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə fevralın 7-də timsah fermasının yerləşdiyi Matanzas əyalətinin Boka de Quama turizm mərkəzində baş verib. 

Hadisə şahidlərinin sözlərinə görə, həmin sərxoş mərkəzin ərazisində olub. Qəflətən alt paltarını soyunub və timsahlarla dolu olan gölə atlayıb. Dərhal heyvanlar onu parçalayıblar. Sonradan məlum olub ki, həmin adamın adı Pablodur, soyadı açıqlanmır.

“Hər şey gözümün qabağında olub. Mən orada işləyirəm, o da içəri girdi. O, sərxoş idi. Bu, indiyə qədər gördüyüm ən qorxunc mənzərədir. Bu kabus başımdan çıxa bilmir. 1959-cu ildə bura açılandan bəri belə hadisə baş verməyib” deyə fermanın işçisi Kevin Fernandez bildirib.

Pablonun yaxınları bildiriblər ki, onun həqiqətən timsahlara tərəf tullandığını, yoxsa hasarın kənarında sürüşüb-sürüşdüyünü hələ bilmirlər. Kişinin bacısı qızı baş verənlərdən bütün ailənin şoka düşdüyünü bildirib. O, fermada lazımi təhlükəsizlik tədbirlərinin olub-olmadığını araşdırmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2927

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23