Ukraynadan SON XƏBƏR:  Lent.az-a  danışırlar...
11 oktyabr 2022 14:28 (UTC +04:00)

Ukraynadan SON XƏBƏR: Lent.az-a danışırlar...

"Kiyevə səhər tezdən bu saata qədər təxminən, 25-26 raket Xəzər dənizi akvatoriyasından atılıb. Bunlardan beşi Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən yerindəcə zərərsizləşdirilib".

Bu sözləri Lent.az-a Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli deyib. O, Kiyev şəhərindəki son vəziyyətlə bağlı məlumatları redaksiyamıza nəql edib:

"Demək olar ki, bütün Ukrayna ərazisində həyəcan siqnalı verilib və hələ də davam edir. Onu da vurğulamaq istəyirəm ki, Ukrayna üçün belə bir hal müharibə başlayandan bəri 5-ci dəfədir baş verir. 

Zaporojeyeyə dünən gecədən etibarən, 12-dən çox "S-300" raketi düşüb. Dinc sakinlər arasında tələfat var, insanlar təşviş içindədir.

Bundan başqa, Krivoy-Roqda yerləşən mədənə raket düşməsi nəticəsində 100-ə yaxın şaxtaçı dağıntılar altında qalıb. Hazırda onların yerin altından çıxarılması və təxliyə prosesi gedir.

Dnepr, Odessa və Kiyev ətrafı ərazilər həm raket zərbələri, həm də İrana məxsus "Shahed" dronları vasitəsi ilə atəşə tutulur. Ümumi vəziyyət isə gərgin olaraq qalır".

Xatırladaq ki, dünən Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə və ölkənin daha 14 regionuna raket zərbələri endirib. Nəticədə xeyli ölən və yaralılar var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2557

Oxşar yazılar

Pələnglər 5 günə 6 qadını  parçaladı

Pələnglər 5 günə 6 qadını parçaladı

16 may 2025 , 12:34
NASA-da qalmaqal   – Ay daşlarını oğurlayıb sevgilisinə hədiyyə etdi

NASA-da qalmaqal – Ay daşlarını oğurlayıb sevgilisinə hədiyyə etdi

16 may 2025 , 06:59
Trampın on birinci nəvəsi  dünyaya gəldi

Trampın on birinci nəvəsi dünyaya gəldi

16 may 2025 , 02:53
8 il əvvəl  itkin düşən qızın meyiti başqa ölkədə  TAPILDI

8 il əvvəl itkin düşən qızın meyiti başqa ölkədə TAPILDI

15 may 2025 , 17:28
İnternetdə daxili orqanlarını  satmaq istəyirdi, saxlanıldı

İnternetdə daxili orqanlarını satmaq istəyirdi, saxlanıldı

15 may 2025 , 14:54
Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

15 may 2025 , 14:40
Varan yeni doğulmuş körpəni yedi

Varan yeni doğulmuş körpəni yedi

15 may 2025 , 12:48
Məşhur aktyor müharibədə həlak oldu

Məşhur aktyor müharibədə həlak oldu

15 may 2025 , 10:28