Günün tarixi
12 aprel 2011 00:20 (UTC +04:00)

Günün tarixi

0
1832. Amerikada buxar gəmisinin yanması nəticəsində 260 nəfər həyatını itirib

1889. Xanəndə Seyid Şuşinski anadan olub

1928. Yazıçı İsa Hüseynov anadan olub

1943. Fransada “Nant” futbol klubunun əsası qoyulub

1961. Kosmosa ilk insan göndərilib. “Vostok” gəmisi ilə kosmosa gedən Yuri Qaqarin fəzada 108 dəqiqə qalıb. Bu tarix keçmiş SSRİ-də kosmonavtika günü kimi qeyd edilirdi

1963. Martin Lüter Kinq hüquq mühafizə orqanları tərəfindən tutuldu.

1985. Şahmat üzrə beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov anadan olub

1993. Türkiyədə internet istifadə edilməyə başlanıb

1993. Azərbaycan və ABŞ arasında ticarət münasibətləri haqqında Saziş imzalanıb

2007. Azərbaycan və Rusiya Federasiyası Kurqan vilayətinin Administrasiyası (Hökuməti) arasında ticarət-iqtisadi, elmi və mədəni əməkdaşlıq haqqında Saziş imzalanıb

2007. İraq parlamentində partlayış baş verib. Nəticədə, üçü millət vəkili olmaqla səkkiz nəfər həyatını itirib.

Günün aforizmi

“Allah alçaltdığı bəndədən elm və biliyi əsirgəyər”.

Həzrəti Əli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 624

Oxşar yazılar