Tramp İrana 48 saa t vaxt verdi
22 mart 2026 06:56 (UTC +04:00)

Tramp İrana 48 saat vaxt verdi

0

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Hörmüz boğazı 48 saat ərzində gəmiçilik üçün tam açılmazsa, ABŞ İranın elektrik stansiyalarına zərbələr endirəcək.

Lent.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb: “Əgər İran Hörmüz boğazını 48 saat ərzində tam və təhlükəsiz şəkildə açmasa, ABŞ ən böyüyündən başlayaraq müxtəlif elektrik stansiyalarına zərbə endirəcək və onları məhv edəcək”.

Bundan əvvəl, martın 11-də İran Silahlı Qüvvələrinin rəsmisi bildirmişdi ki, İran bu strateji marşrutdan ABŞ və müttəfiqləri ilə əlaqəli yanacaq daşımalarına icazə verməyəcək.

Martın 15-də isə rəsmi Tehran Hörmüz boğazında gəmiçilik üzərində nəzarət tədbirləri daxil olmaqla, bütün vasitələrdən istifadə edə biləcəyi barədə xəbərdarlıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar