Çevik Polis Alayının avtomobili qəzaya uğradı: 3 yaralı
0
0
Bakı şəhər Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Səbail rayonu ərazisində 10 UA 984 dövlət nömrə nişanlı “Opel” və 90 AC 626 nömrəli “Fiat Dablo” toqquşub. Nəticədə 3 nəfər - 1989-cu il təvəllüdlü N.Vəliyev, 1981-ci il təvəllüdlü Ə.Hacıağayev və 1985-ci ildə anadan olmuş E.Nəsibov yaralanıblar. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, “Fiat Dablo” avtomobili Daxili İşlər Nazirliyinin Çevik Polis Alayına məxsusdur. Xəsarət alan şəxslər də alayın əməkdaşlarıdır.
Faktla bağlı araşdırma aparılır.
Nizam RZA
Qeyd edək ki, “Fiat Dablo” avtomobili Daxili İşlər Nazirliyinin Çevik Polis Alayına məxsusdur. Xəsarət alan şəxslər də alayın əməkdaşlarıdır.
Faktla bağlı araşdırma aparılır.
Nizam RZA
0
0