Bakıda qazıntı zamanı insan kəlləsi tapıldı
0
0
Aprelin 11-də Bakıda insan kəlləsi tapılıb. Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, “Qaradağ” sement zavodunun yaxınlığında “Şahqaya” adlanan ərazidə “Vüsal” şirkətinə məxsus ekskavatorun sürücüsü Qurbanov Böyükkişi İsa oğlu qazma işləri apararkən çalovla insan kəlləsi çıxarıb. Təxminən 1 metr dərinlikdən insan kəlləsi ilə yanaşı, sümük və paltar qalıqları da aşkarlanıb. Dərhal məsələ ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb. Hadisə yerinə ekspertlər və mütəxəssislər cəlb olunub.
Hazırda mərhumun şəxsiyyətinin müəyyənləşdirilməsi və hansı şəraitdə ölməsi ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, həmin ərazidə yeni dəmir yolu salınır.
Nizam RZA
Hazırda mərhumun şəxsiyyətinin müəyyənləşdirilməsi və hansı şəraitdə ölməsi ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, həmin ərazidə yeni dəmir yolu salınır.
Nizam RZA
0
0