Bakıda 83 yaşlı qadının meyiti tapılıb
12 aprel 2011 10:43 (UTC +04:00)

Bakıda 83 yaşlı qadının meyiti tapılıb

0
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki mənzilin eyvanından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olub. Mənzilə baxış keçirilərkən 1928-ci il təvəllüdlü Sokolova Anna Alekseyevna döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində A.Sokolovanın vəfat etdiyi məlum olub.


Qadının hansı səbəbdən öldüyü araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 502

Oxşar yazılar