Sumqayıtda ana azyaşlı uşaqlarının gözü önündə öldürülüb - TƏFƏRRÜAT
12 aprel 2011 11:17 (UTC +04:00)

Sumqayıtda ana azyaşlı uşaqlarının gözü önündə öldürülüb - TƏFƏRRÜAT

0
Aprelin 11-də Sumqayıt şəhərində baş vermiş qətl hadisəsinin təfərrüatları məlum olub. Şəhər Polis İdarəsindən Lent.az-a bildirilib ki, hadisə saat 16.00 radələrində şəhərin 9-cu mikrorayon ərazisində yerləşən “Lüdviqshafen” parkında baş verib. Sumqayıt şəhər sakini, 30 yaşlı Taleh Hüseynov keçmiş həyat yoldaşı, 29 yaşlı Gülnarə Hüseynovanı 2 azyaşlı uşağının gözü qarşısında bıçaqlayıb. O, yaxınlıqda xeyli insan olmasına və azyaşlı övladlarının qışqırtısına baxmayaraq, həyat yoldaşına 14 bıçaq zərbəsi endirib. G.Hüseynova hadisə yerindəcə keçinib.


G.Hüseynova həmin vaxt T.Hüseynovdan olan uşaqlarını bağçadan gətirirmiş. Məlumata görə, buna qədər T.Hüseynov keçmiş arvadını tez-tez zəng vuraraq hədələyirmiş. O, qadına “səni harda tutsam, öldürəcəyəm” deyirmiş. Hadisə baş verdikdə də belə olub. T.Hüseynov Gülnarəyə “sənə deməmişdim ki, öldürəcəyəm” deyib və qadını bıçaqlayıb.


Qeyd edək ki, G.Hüseynova bir müddət öncə Talehdən ayrılıb və anası ilə yaşayırmış. Taleh isə həmin vaxtdan içkiyə meyl edib. O, hadisəni törədəndə də sərxoş olub.

Artıq T. Hüseynov saxlanılıb. O, qətli qısqanclıq zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanıb, istintaq aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 521

Oxşar yazılar