Günün tarixi
13 aprel 2011 00:20 (UTC +04:00)

Günün tarixi

0
1204. Səlib qoşunu Konstantinopolu talan edib

1743. ABŞ-ın II prezidenti Tomas Cefferson anadan olub

1870. Nyu-Yorkun “Metpopoliten Muzeyi” açılıb

1916. Rus-Baltika avtomobil zavodu Moskva ətrafına köçürülüb

1919. Münhendə kommunistlərin rəhbərlik etdiyi Bavariya Sosialist Respublikası təsis edilib

1925. Keçmiş SSRİ-də Ümumittifaq Korlar cəmiyyəti təsis edilib

1941. SSRİ və Yaponiya arasında hücum etməmək haqqında pakt imzalanıb

1944. Sovet ordusu Simferopolu azad edib. Bu döyüşlərdə azərbaycanlılar xüsusi fədakarlıq göstərib

1963. Bakı şahmat məktəbinin yetirməsi Harri Kasparov anadan olub

1972. Futbolçu Qurban Qurbanov anadan olub

1975. Çadda dövlət çevrilişi baş verib

1993. Azərbaycan Respublikası və Əfqanıstan İslam Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Protokol imzalanıb

1998. Belçika Krallığının Baş Naziri Jan-Luk-Dehan Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində “Azərbaycan və Belçika-Lüksemburq İqtisadi Birliyi arasında Birgə Bəyannamə” və “Belçika Krallığı ilə hava əlaqələri haqqında Saziş” imzalanıb

1999. Azərbaycan prezidenti Heydər Əliyev "Atatürk Sülh Mükafatına" layiq görülüb

2003. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlığa dair Memorandum imzalanıb

2006. Budapeşt Şəhər Məhkəməsinin hökmü ilə azərbaycanlı zabit Ramil Səfərov ömürlük azadlıqdan məhrum edilib

2009. Vaşinqtonda yaşayan azərbaycanlı və türklər “Erməni yalanlarına son” adlı nümayiş keçirib

2009. Azərbaycanda əhalinin siyahıyaalınmasına başlanıb.

Günün aforizmi

“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü”

Hüseyn Cavid
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 609

Oxşar yazılar