Mövqelərimiz atəşə tutulub
13 aprel 2011 10:00 (UTC +04:00)

Mövqelərimiz atəşə tutulub

0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 12-də saat 16.50-dən 16.55-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 15.05-dən 15.20-dək, 15.20-dən 15.30-dək, 19.15-dən 19.20-dək və aprelin 13-də saat 00.10-dan 00.15-dək Füzuli rayonunun Qavraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 525

Oxşar yazılar