Bakıda türkiyəli kafe sahibinin qanını tökdülər
0
0
Aprelin 13-nə keçən gecə Bakıdakı kafelərdən birində dava olub. Qaradağ rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Müşfiqabad qəsəbəsində yerləşən və Türkiyə vətəndaşı Osman Yıldıza məxsus kafedə müştərilərdən biri onunla birgə gəlmiş qızı döyməyə başlayıb. Bu zaman aranın qarışdığını görən kafe sahibi onları sakitləşdirmək istəyib. Lakin o, özü mübahisənin qurbanı olub.
Qızı döyən müştəri dəmir parçası ilə Osman Yıldızın başına zərbələr endirib. Kafe sahibi huşunu itirib və yaxınlıqdakı şəxslər onu xəstəxanaya aparıblar.
Faktla bağlı Qaradağ RPİ-də araşdırma başlanılıb.
Nizam RZA