Günün tarixi
14 aprel 2011 00:20 (UTC +04:00)

Günün tarixi

0
1687. İngiltərədə protestantlar və katoliklərə bərabər hüquq verilib

1865. ABŞ prezidenti Avraam Linkolna qarşı sui-qəsd olub. Prezident ertəsi gün keçinib

1870. Nəriman Nərimanov Tiflisdə anadan olub

1871. Almaniya parlamenti – Reyxstaq təşkil edilib

1894. Tomas Edison kinoskopun ilk versiyasını təqdim edib

1907. Fatma Qədri Odessa şəhərində anadan olub. O, ilk professional teatr təhsili görmüş azərbaycanlı aktrisa hesab edilir

1909. “British Petroleum” şirkəti təsis edilib

1912. Saat 23.40. “Titanic” gəmisi aysberqlə toqquşub. Gəmi ertəsi gün saat 2.20-də suya qərq olub

1921. Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR arasında “Zaqafqaziya dəmir yollarının idarə edilməsini birləşdirmək haqqında Saziş” imzalanıb

1921. V.İ.Lenin “Azərbaycan SSR, Ermənistan SSR, Dağıstan və Dağlı Respublikası kommunist yoldaşlarına” müraciət məktubu göndərib

1927. İlk “Volvo” avtomobili konveyerdən çıxıb

1930. Sovet şairi Vladimir Mayakovski intihar edib

1931. İspaniyada respublika elan edilib

1938. Moskvada Birinci Azərbaycan incəsənəti ongünlüyü başa çatıb

1952. Jurnalist Alı Mustafayev anadan olub

1987. Türkiyə, Avropa İqtisadi Birliyinə üzvlük üçün rəsmi müraciət edib

1988. Cenevrədə sovet ordusunun Əfqanıstandan çıxarılmasına dair saziş əldə edilib

1990. NATO təyyarələri səhvən kosovolu albanların qaçqın düşərgəsini bombalayıb, 75 alban həlak olub

1999. Yaponiyada elektrik qatarında 552 km/saat sürət əldə edilib

2009. Azərbaycanın müdafiə naziri Səfər Əbiyev İordaniyaya rəsmi səfərə gedib

2009. Beynəlxalq Böhran Qrupu Türkiyə-Ermənistan münasibətlərinə dair hesabat açıqlayıb

2009. “2009-2013-cü il regionların sosial inkişaf Proqramı” qəbul edilib.

Günün aforizmi

“Hər xalqın tərəqqi qapısı məktəbdir”.

Nəriman Nərimanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 625

Oxşar yazılar