Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Alı Mustafayev
14 aprel 2011 10:00 (UTC +04:00)

Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Alı Mustafayev

0
Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

Qəhrəmanlar unudulmur!

Alı Mustafa oğlu Mustafayev 1952-ci il aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. O, çevik, qorxmaz bir telejurnalist idi, tez-tez müharibənin qaynar nöqtələrində olur, reportajlar hazırlayırdı. 1991-ci il noyabrın 20-də növbəti dəfə qaynar nöqtəyə yollanıb, onun uçduğu vertolyot düşmən terrorçuları tərəfindən vurulub, o dövlət və hökumət adamları, xarici müşahidəçilərlə birlikdə həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakıda 202 saylı orta məktəb, küçələrdən biri onun adını daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2816

Oxşar yazılar