Bakıda ağır yol qəzası: 1 ölü, 2 yaralı
0
0
Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xırdalan yolunda 01 AC 657 nömrə nişanlı “Kia” markalı yük avtomobili 10 VX 441 nömrəli “VAZ 2107” markalı maşınla toqquşub. Nəticədə “VAZ 2107”də olan və şəxsiyyəti hələ müəyyənləşməmiş gənc qadın həlak olub.
Yük maşınında olan sərnişin, 1979-cu il təvəllüdlü Rəhimov Əli Mehdi oğlu və “VAZ 2107”nin sürücüsü, 1978-ci ildə anadan olmuş Əmirov Nahid Ruslan oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
Nizam RZA