20 kilo qızıl oğurlandı
14 aprel 2011 12:26 (UTC +04:00)

20 kilo qızıl oğurlandı

0
Türkiyədə görünməmiş oğurluq hadisəsi baş verib.

Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, içərisində 1,3 milyon lirə (təxminə 650 min manat) dəyəri olan qızıl külçələri daşıyan zirehli maşındakı 39 kiloqramlıq qızılın 20 kilosu yoxa çıxıb.

Həmin qızıl zirehli maşınla İstanbuldakı Kapalışarşı ticarət mərkəzindən Beşiktaş rayonunda yerləşən xəzinəyə aparılırmış. Körpünün üstündə zirehli avtomobilə yaxınlaşan iki mülki maşındakı şəxslər sürücüyə təkərin deşilməsini işarə ediblər. Bu zaman zirehli avtomobilin sürücüsü və yanındakı mühafizəçi maşını saxlayaraq, təkəri dəyişdiriblər və yola davam ediblər. Lakin mənzil başına çatarkən qızıl külçələrinin təxminən yarısı yerində olmayıb. Qızılların yığıldığı iki çantadan biri oğurlanıb.

Məsələ ilə bağlı Türkiyə polisi və xüsusi xidmət orqanları araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 573

Oxşar yazılar