Bakıda 27 yaşlı qadının qanını tökdülər
19 aprel 2011 10:35 (UTC +04:00)

Bakıda 27 yaşlı qadının qanını tökdülər

0
Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivində kirayə yaşayan 1984-cü il təvəllüdlü Lalə Laçınova bıçaqlanıb. Naməlum şəxs qadına 4 bıçaq zərbəsi endirib və aradan çıxıb. 27 yaşlı L.Laçınova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Sonrakı araşdırmalar zamanı məlum olub ki, qadını qeyri-rəsmi nikahda olduğu Fərhad adlı şəxs bıçaqlayıb. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 552

Oxşar yazılar