Zərdabda 8 kiloqram narkotik aşkarlandı
15 mart 2026 11:23 (UTC +04:00)

Zərdabda 8 kiloqram narkotik aşkarlandı

0

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə şübhəli bilinən 65 yaşlı Elçin Əliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən xəbərə görə, həmin şəxsdən 8 kiloqram mariuxana, tiryək, metamfetamin və psixotrop tərkibli həblər aşkarlanıb.

Araşdırma zamanı E.Əliyevin narkotikləri Bakı şəhərinə apardığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar