Füzuli rayonunda kütləvi zəhərlənmə
0
0
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayon sakinləri Cavid Rəvanlı, Rahib İsmayılov, Ələddin Əliyev, Zemfira Hətəmova, Mahmur Məmmədova, Ağabala Məmmədov və onun qardaşı Ramin qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həmin şəxslərin aprelin 19-da məclisdə iştirak etdikləri və eyni qidadan zəhərləndikləri ehtimal olunur.
Xəstəxanaya yerləşdirilən 7 nəfərin vəziyyəti qənaətbəxşdir.
Xəstəxanaya yerləşdirilən 7 nəfərin vəziyyəti qənaətbəxşdir.
0
0